"Bakubus" sürücüsü qəza törətdi, sərnişənlər xəsarət aldı





Bakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.

"Sherg.az"ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakubus MMC-yə məxsus 3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99-JH-107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib. Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıb.

Hadisə nəticəsində avtobusda olan orta yaşlı bir qadın yaralanıb. Qadın sərnişinlərin köməyi ilə xəstəxanaya aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu