ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda səfərdədir





ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfiters Azərbaycana gəlib.

"Report" xəbər verir ki, B.Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün Bakıya təşrif buyurub.

ABŞ dövlət katibi köməkçisinin müavininin səfəri zamanı bir sıra görüşlər keçirəcəyi gözlənilir. Görüşlər zamanı Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu