Ərdoğan açıqladı: “İdlib Türkiyənin təhlükəsizliyi üçün vacibdir"




Türkiyə Suriyadakı mövcudluğunu bu ölkədə sülh bərpa olunanadək davam etdirəcək. Trend-in məlumatına görə, bu sözləri Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü zamanı Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan İdlib əyalətində vəziyyətin çox ağır olduğunu deyib və buranın bombalanmasını dayandırmağa çağırıb: "İdlib təkcə Suriyanın gələcəyi üçün yox, bütün regionda sülh, eləcə də Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün vacibdir. Suriyada sülh bərqərar olunanadək Türkiyə burada mövcudluğunu davam etdirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu