Cənubi Sudanda təyyarə qəzaya uğrayıb: 21 nəfər ölüb






Cənubi Sudanda sərnişin təyyarəsi gölə düşüb.

Trend-in "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 21 nəfər ölüb.

Yirol şəhərinin məlumat nazirinin sözlərinə görə, 19 nəfər üçün nəzərdə tutulan təyyarə ölkənin paytaxtı - Cuba şəhərindən uçurdu. O həmçinin qeyd edib ki, qəza nəticəsində üç nəfər sağ qalıb - onlar 3 yaşlı oğlan uşağıdır və iki kişi.

Təyyarənin göyərtəsində neçə nəfər olduğu dəqiqləşdirilmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu