"Əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib





 Orfoqrafiya Komissiyasının bugünkü iclasında "əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.

"Report"un məlumatına görə, iclasda Orfoqrafiya Komissiyasının üzvləri qərar verib ki, ictimai rəy nəzərə alınaraq söz əvvəl olduğu kimi yazılsın.

Qeyd edək ki, bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək k hərfi ilə yazılması məqsədəuyğun sayılırdı (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunurdu.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu