Rəsul Çunayev güləş üzrə Dünya Çempionatında bürünc medal qazanıb





Güləşçimiz Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Çempionatında bürünc medal qazanıb.

Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata əsasən, ardıcıl olaraq yapon və iranlı güləşçiləri məğlub edərək Çunayev yarımfinala yüksəlib.

Finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçiylə bacarmayan Rəsul bürünc medal görüşünə çıxıb. Rusiyalı rəqiblə gərgin keçən görüşdən qalib ayrılan Çunayev dünya çempionatının bürünc medalını qazanıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu