Paşinyan qohumlarını parlamentə gətirir





Ermənistanda keçirilmiş parlament seçkiləri nəticəsində Nikol Paşinyanın qohumları deputat mandatı əldə ediblər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, N.Paşinyanın qardaşı oğlu Sipan Paşinyan və qaynı Qraç Akopyan da parlamentdə təmsil olunacaq.

Qeyd edək ki, Ermənistanda növbədənklənar parlament seçkiləri dekabrın 9-da keçirilib.

Seçkilərin nəticələrinə, ölkənin baş nazir vəzifələrini icra edən N.Paşinyanın "Mənim addımım” bloku 70,44 faiz səs toplayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu