Elektron siqaret təyyarəni yandırdı




ABŞ-da sərnişinlərdən birinin sahib olduğu elektron siqaret təyyarənin göyərtəsində yanğına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə "Çikaqo San-Tayms” nəşri yazıb.
Məlumata görə, hadisə təyyarənin Çikaqodakı Ohara hava limanına enməsindən dərhal sonra baş verib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb. Dərhal müdaxilə edilməsi nəticəsində kiçik yanğın söndürülüb. Yanğına səbəb elektron siqaretin batareyasının həddən artıq qızması olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu