Odessada kütləvi qətl törədilib





Odessa vilayətinin İzmail rayonunda şəxsi evdə 4 nəfər qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa vilayətinin Polis İdarəsi məlumat yayıb.

Ev sahibi, iki kişi və bir qadının şəxsi evdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.

Ağır cinayəti törədən şəxs hüquq-mühafizə orqanlarının apardığı operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin ehtimala görə, cinayət qısqanclıq zəminində törədilib.

Faktla bağlı cinayət işi açılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu