Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib




Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Muğla əyalətinin Datça rayonundan 230 kilometr aralıda, ocağı isə 6,5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu