Yaponiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq"




 "Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll olunmaması Yaponiya hökumətini narahat edir".

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorin Bərdə rayonunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yaponiya hökuməti də müharibədən zərər çəkib: "Yaponiyanın hazırkı konstitusiyası 1947-ci ildə qəbul edilib. Ölkə konstitusiyasın görə, Yaponiya sülh dövlətidir. Cənubi Qafqazda da sülh və sabitliyin təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Yaponiya münaqişə ilə bağlı ATƏT-nın Minsk qrupunun həmsədr ölkələrinin səylərini dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq sülh yolu ilə həllini gözləyir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu