Daha bir prezident Davosa qatılmayacaq





Cənubi Koreya prezidenti Mun Çje İn də Davos forumuna qatılmayacaq.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Kim I Qem bildirib. Onun sözlərinə görə, Mun Çje əvvəlcə foruma qatılmağı planlaşdırsa da, daha sonra işlərinin çoxluğundan bundan imtina etməli olub.

Qeyd edək ki, Mun Çje artıq ikinci ildir ardıcıl olaraq Davosa qatılmır.Bir qədər əvvəl ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron Davosa qatılmayacaqlarını elan ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu