Universitet tələbəsi özünü asdı

Gənc qız bir müddətdir psixoloji problemləri səbəbiylə müalicə alırdı



 Dənizlidə Merkezefendi qəsəbəsində universitet tələbəsi Asana Altıntaş (22), ailəsiylə yaşadığı evdə iplə özünü tavandan asaraq həyatına son verib.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ankara Universiteti Sağlamlıq Elmləri Fakültəsinin tələbəsi olan Asana Altıntaş, ailəsiylə yaşadığı evlərindəki otağında iplə özünü tavandan aslı vəziyyətdə tapılıb. Yaxınlarının xəbərindən sonra evə gələn polis və 112 Təcili Xidmət qrupu, Asana Altıntaşın həyatını itirdiyini təyin edib. İddiaya görə, bir müddətdir psixoloji problemləri səbəbiylə müalicə aldığı bildirilən gənc qızın cəsədi, prokuror və polisin hadisə yerində apardığı araşdırmadan sonra Pamukkale Universiteti xəstəxanasının meyitxanasına aparılıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu