Külək dayanacağın damını uçurdu





Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

"Sherg.az"ın məlumatına görə, dayanacaq məntəqəsinin damı uçub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Sherg.az"a bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu