Erməni spiker sərsəmlədi

Ararat Mirzoyan kimi faşist və öz tarixini bilməyən bir şəxsin ilk iclasda bu cür çıxış etməsi açıq-aşkar provokasiyadır



Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri Ararat Mirzoyan parlamentdə etdiyi ilk çıxışında ermənilərə qarşı uydurma qırğından bəhs edib. Mirzoyan "tarixən zorakılıqlarla üzləşmiş bir xalq kimi, hər hansı milli azlığa qarşı zorakılığın törədilməsinə dözümlülük nümayiş etdirə bilmərik” kimi ifadələr səsləndirib. Həmçinin, "1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” uydurmasını dilə gətirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə erməni spikerin açıqlamalarına cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Mirzoyanın bu cür fikirlər səsləndirməsi erməni spikerinin özünün inandığı yalanlara başqalarını da inandırmaq kimi uğursuz cəhdlərdir. 

Qurum sözçüsü tarix boyu, xüsusən yaxın onilliklər ərzində erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, qətliamları xatırladıb. Bildirib ki, bu fikri söyləyən spiker son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırım və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz: 

"Yalnız son onilliklər ərzində ermənilər tərəfindən törədilmiş bəzi qanlı hadisələri xatırlatmaq kifayətdir. Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə, onların acınacaqlı nəticələrinə bir daha nəzər yetirməyi və bəyanatlarını xalqlararası nifaqın qızışdırılması deyil, bölgədə sülh, tərəqqi və gələcək inkişaf naminə verməyi tövsiyə edirik”.

Erməni spikerin açıqlamasını "Şərq”ə şərh edən siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, Ermənistan parlamentli respublikadır, ona görə də bu dövlətin spikeri çıxış edərkən diqqətli olmalıdır

"Əgər o tarixə qayıtmaq və qırğınlardan danışmaq istərsə, o zaman erməni tərəfinin bütün uydruma tarixi ifşa olunar. Ararat Mirzoyan kimi faşist və öz tarixini bilməyən bir şəxsin ilk iclasda bu cür çıxış etməsi açıq-aşkar provokasiyadır. Yaxşı olar ki, o, parlament spikeri kimi qanunvericilik işləri ilə məşğul olsun. Əks halda bu cür çıxışlar onun üçün baha başa gələ bilər. Ermənistanın yeni hökuməti tez zamanda münaqişə ilə bağlı konkret qərarını ortaya qoymalıdır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu