"Azərişıq": Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb




Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Amma hələlik vətəndaşlardan heç bir şikayət daxil olmayıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu