Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb




Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahın saat 12.00-a olan məlumatına görə, Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.

Nazirlikdən "Sherg.az"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu