BŞİH: Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır




Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləyin yağıntı ilə müşahidə edilməsi ilə əlaqədar paytaxt sakinlərinə və sürücülərə növbti dəfə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin yağış və sulu qarla yağması ağacların kökünü yumşaldır. Bu isə ağacların aşma təhlükəsini daha da artırır: "Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Vətəndaşlar isə ağacların altında dayanmasın və ağacların yanından keçərkən olduqca ehtiyatlı olsunlar".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu