OPEK dekabr ayında neft hasilatını azaldıb




 2018-ci ilin dekabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr gündəlik neft hasilatını 751 min barel azaldıblar.

"Report” xəbər verir ki, azalmanın ən böyük payı Səudiyyə Ərəbistanı və İranın payına düşür. Belə ki, OPEK-in kənar mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 468 min barel azaldıb, təşkilata isə 450 min barel azaltdığını və gündəlik hasilatının 10,64 mln. barelədək düşdüyünü bildirib.

İran isə kənar mənbələrə görə sözügedən müddət ərzində gündəlik hasilatı 159 min barel azaldaraq 2,76 mln. barelədək aşağı salıb. Bununla yanaşı, İran hökumətinin ABŞ sanksiyaları qüvvədə qaldıqca OPEC-ə müvafiq məlumatlar verməmək qərarına gəldiyi bildirilir.

Dekabr ayında Liviya da hasilatı azaltmaq öhdəliyindən kənarlaşdırılmasına baxmayaraq gündəlik hasilatı 172 min barel azaldaraq 928 min barelədək aşağı salıb.

Gündəlik hasilatı ən az azaldan ölkələr 33 min barellə Venezuela və 65 min barellə Birləşmiş Ərəb Əmirlikləridir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu