İtaliyada şəhər rəhbərliyi evləri bir avroya satır





İtaliyanın Sambuka di Siciliya bələdiyyəsinin rəhbərliyi qeyri-adi aksiyaya start verib - onlar evləri rəmzi olaraq bir avroya satırlar.



"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təşəbbüsün məqsədi əhali çatışmazlığından əziyyət çəkən şəhərə yeni sakinlər cəlb etmək və onun görünüşünü yaxşılaşdırmaqdır.

Satışa onlarla tarixi obyekt çıxarılıb. Eyni zamanda alıcılar üç il ərzində evləri təmir etməli, bu işlərə azı 15 min avro xərcləməlidirlər. Bundan əlavə, onlar şəhər xəzinəsinə 5 min avro məbləğində depozit qoymalıdırlar. Bu pul təmir bitəndən sonra geri qaytarılacaq.

Sambukanın merinin müavini Cüzeppe Kaçiopponun sözlərinə görə, proqrama daxil olan, təxminən, on obyekt artıq satılıb, evlərin alınması üçün müraciətlər, əsasən, İsveçrə, Fransa və İspaniyadan gəlir.

Ötən il analoji aksiya Sardiniya adasındakı Ollolay şəhərində keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu