ƏƏSMN-nin qurumlarından 1-i ləğv edilir, 3-ü birləşdirilir




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 3-ü isə birləşdirilir.

"Sherg.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilir. Bununla bağlı Nazirliyə bir ay müddətində tədbirlər görməsi tapşırığı verilib.

Eyni zamanda Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi və Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq sosial xidmət müəssisələrinin əsasında vahid qurumun yaradılmasını bir ay müddətində təmin etməli və bu barədə Prezidentə məlumat verməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər üç müəssisədə işləyən işçilərin bu fərmana əsasən yaradılacaq vahid qurumda müvafiq vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsi barədə bir ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu