"Rusiya XİN-dəki ermənipərəstlər Azərbayacan- Rusiya münasibətlərinin inkişafından narahatdırlar"





"Rusiya Xarici İşlər Nazirliyinə əsassız ittihamlarına görə, ən düzgün və məntiqli cavabı Azərbaycan Xarici İşlər Nazirliyi verdi".

Bunu "Sherg.az" millət vəkili Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Rusiya XİN həqiqətən də öz vətəndaşlarının taleyi ilə maraqlanırsa, o zaman Azərbaycan əsilli Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır və o hazırda ermənilər tərəfindən girov saxlanılır. Rusiya XİN bu məsələni də gündəmə gətirməldir:

"Yaxşı olardı ki, Rusiya XİN ermənipərəst açıqlamalar vermək əvəzinə D.Əsgərov məsələsi ilə məşğul olsun. Rusiya Minsk qrupunun həmsədri kimi bu proseslərdə çox diqqətli olmalıdır. Rusiya XİN başçısı Sergey Lavrovun rəhbərlik etdiyi qurumun belə bir mövqe tutmasını qəbuledilməz sayıram. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan XİN-in onlara verdiyi cavab hamımızı qane edir".

A. Mollazadə onu da əlavə edib ki, Rusiya XİN-dəki bəzi ermənipərəst qüvvələr Azərbayacan- Rusiya münasibətlərinin inkişafından ciddi narahatlıq keçirirlər :

 "Əslində, Rusiya XİN-dəki ermənipərəstlər bu addımları ilə Rusiyaya xidmət etmirlər. Əksinə, şimal qonşumuza qəsdən arxadan zərbə vururlar".

Qeyd edək ki, ötənlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycana qarşı heç bir fundamental əsasa söykənməyən iddia irəli sürüb. O ölkəmizi erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana buraxmamaqda ittiham edib. Və bu məsələ bu gün də Rusiyanın "Express" qəzetində növbəti dəfə gündəmə gətirilib. 

Ayyət Əhməd 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu