İradə İbrahimova da yeni trendə qoşulub

Müğənni əri ilə 10 il əvvəllə aid olan və bu il çəkilən şəklini paylaşıb



Müğənni İradə İbrahimova uğurlu evlilik həyatının sirrini açıb. Türkiyədə yaşayan həmyerlimiz son günlər sosial mediada dəbə minən "10 years challenge" adlı yeni trendə qoşulub. O, həyat yoldaşı ilə 10 il əvvəllə aid olan və bu il çəkilən şəklini paylaşaraq ürək sözlərini qeyd edib. O, özünü artıq yetkin və ağıllı qadın hiss etdiyini və səbirli olmağı öyərəndiyini qeyd edib:
"Artıq böyümüşəm, zamanında mənə yol göstərən böyüklərimdən öyrəndiyimi kiçiklərə öyrədirəm. Nə vaxt yanımda birinin gözləri dönərsə, həmin dəqiqə əlindən tutub sakitləşdirirəm, "Boş ver, görmə, eşitmə, hətta cavab belə vermə" deyib mövzunu bağlayıram. Hər kəsə lazımi və layiq olduğu qədər dəyər verdiyini öyrəndiyində yormursan o gözəl hisslərini, çənəni, xoş niyyətini və ağzından çıxan bütün gözəl sözləri qıymırsan, bitirmirsən, xərcləmirsən, hamısı sənə və həqiqətən ehtiyacı olanlar üçün qalır. Həyata bu cür baxmağıma yardım edən hər kəsə və hər şeyə minnətdaram. İcazələr hər zaman sizindir, ya icazə verin, ya da verməyin. (publika.az) Gənclər zamanla öyrənəcəklər həyatı, başqa yolları yoxdur, başa salmaqla, öyüdlə deyil, bəzi şeylər yaşayaraq öyrənilir. ANA sözü necə olur bilmirəm, amma hər zaman haqlı, doğru çıxır. Başımızdan əksik olmasın böyüklərimiz. Mövzunun bəlkə #challenge-lə heç bir əlaqəsi olmadı, amma 10 il əvvəlki dəliqanlı vaxtlarımı xatırladım".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu