Ukraynada prezidentliyə qeydə alınan namizədlərin sayı 10-a çatıb




Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 18-də keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, iclasda Ali Radanın deputatı Olqa Boqomelets və "5.10” siyasi partiyanın lideri Genadi Balaşovun prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 10-a çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu