Ataları xəstələndi: Bacılar dörd il kişi cildində bərbərlik etdilər





Hindistanın Uttar Pradeş əyalətində 2 bacı, ataları xəstələndiyi zaman tək dolanışıq qaynağı olan bərbər dükanlarını 4 il boyunca kişi cildinə girərək işlədib.
16 və 18 yaşında olan bacılar, cinsiyyətləri aydın olan kimi hökumət tərəfindən mükafatlandırıldı. İngilis "Guardian” qəzetinin xəbərinə görə, Jyoti və kiçik bacısı Nehanın ataları 2014-cü ildə xəstələnir və bərbər dükanları bağlanır.
Neha və Jyoti bir müddət sonra dükanı açaraq müştərilərini təraş etməyə başlayır.
Jyoti kənddəki müştərilərin saçları və saqqallarına kişi olmayan bir bərbərin toxunması yasaqlandığı üçün cildini dəyişdirməyə qərar verdiklərini söyləyir.

Saçlarını kəsib adlarını dəyişdirdilər



Bacılar adlarını Deepak və Raju olaraq dəyişdirdi, saçlarını kəsdi, bilərziklərini çıxararaq ölkədə kişilər arasında məşhur olan polad bilərziklər taxdı.
Jyoti təxminən 100 xanalı kənddəki bir neçə adamın onları tanıdığını ancaq ətraf kəndlərdən gələn müştərilərin heç bir şeydən şübhələnmədiyini ifadə edərək, "Bu gün belə məni tanıya bilməzsiniz" deyir.

Günorta məktəbdən gəldikdən sonra dükanı açan bacılar, gündə təxminən 400 rupi (təxminən 6 dollar) qazanır. Amma bu pulun atalarının müalicə xərclərinə və evi dolandırmağa bəs etdiyini söyləyirlər.

"Kimsədən qorxmuruq”

4 il içində Jyoti məzun oldu, Neha isə oxumağa davam edir.
Neha zaman keçdikdə insanların onlara güvənlərinin artdığını və yavaş-yavaş qız olduqlarını bildirdiklərini ifadə edərək "Kimsədən qorxmuruq" deyir. Jyoti indi saçlarını yenidən uzatmağa başlayıb. Gorakhpur şəhərindən bir jurnalistin Jyoti və Nehanın əhvalatını xəbərləməsindən sonra yerli səlahiyyətlilər bərbəri ziyarət edib, qızlara çek verib.

"Hekayələrini hər kəs eşitməlidir”

Abişkek Pandey adlı bir səlahiyyətli, "İnsanların hər şeyə baxmayaraq necə mübarizə edib ayaqda qala biləcəklərini göstərən fövqəladə bir hekayədir. Bu bacılar cəmiyyət üçün bir nümunədir. Əhvalatlarını hər kəsin eşitməsi lazımdır" deyib.

"Qızlarımla qürur duyuram”

Qızların atası isə "Uşaqlarımın bu işi görmək məcburiyyətində qalması mənə acı verir. Amma qızlarımla qürur duyuram. Ailəmizi böhrandan qurtardılar" deyə danışır.
Jyoti və Neha, hekayələrinin eşidilməsindən sonra məşhurlaşan Banvari Tola adlı kənddəki dükanlarını işlətməyə davam edəcəklərini və müştərilərin artıq onlardan narahat olmadığını söyləyir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu