"Avropa Parlamenti ermənilərin "konyak diplomatiyası"na yox, Azərbaycana üz tutmalıdır"



"Bu gün Avropaya ən lazımi ölkə Azərbaycandır”.

Bunu "Sherg.az”a Avropa Parlamentinin(AP) Azərbaycanla bağlı qərəzli qətnaməsinə münasibət bildirərkən millət vəkili Aydın Hüseynov bildirib.

Parlamentarinin sözlərinə görə, 2019-ci ildə Azərbaycan inkişafda olan bir ölkə kimi böyük uğurlara imza atıb:

"Ötən il dünya bankı tərəfindən Azərbasycan islahatçı ölkə kimi dəyərləndirilib. Ölkəmizin iqtisadi inkişafı, siyasi qüdrəti, ordu quruculuğu yüksək səviyyədədir. Ordumuz Azərbaycan torpaqlarının azad olunması istiqamətində böyük işlər görüb. Ötən il "TANAP”, "TAP” layihəsininin müəyyən bir hissəsi gerçəkləşdirilib. Azərbaycan biznesin inkişafına görə, dünyada 25-ci yerdə qərarlaşıb. 

Fikrimcə, bunlardan da böyük naliyyətimiz Azərbaycan cəmiyyətindəki stabillikdir. Bütün bunlar da Azərbaycan vətəndaşları ilə iqtidar arasındakı səmimiyyətdən, inamdan qaynaqlanır. Bütün bunları gözü götürməyən qüvvələr mövcuddur. Avropa Parlamenti də  

Həmin qüvvələrin də yanında erməni "konyak diplomatiyası" var. Onlar Azərbaycanda aranı qatmaq, vətəndaş qarşıdurmasını yaratmaq istəyirlər. Lakin kimliyindən aslı olmayan bütün vətəndaşlar qanunu pozursa, qanun qarşısında cavab verməli olur. Burada da demokratiya budur. 

Lakin bəzi qüvvələr Azərbaycanda olan xırda bir hadisəni şişirdib, böyük vətəndaş qarşıdurması yaratmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. 

Çünki Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevin ətrafında birləşərək inkişaf istiqamətlərini seçiblər.  Artıq Azərbaycan xalqı qurduğu inkişafın, siyasi xəttindən çıxıb, heç kimə uymayacaq. Bu kimi işlərin arxasında olan erməni "konyak diplomatiyası"öz ölkələrini uçuruma aparıb, dünyada terrorçu ölkə kimi tanıdıb.  

Azərbaycan Avropa üçün lazımlı ölkədir. Çünki ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas potensiala malik ölkədir. Ona görə də Avropa Parlamenti yalançı, riyakar, ermənilərin "konyak diplomatiyası"kimi qüvvələrə yox, Azərbaycana üz tutmalıdır. 

Kənan Eynuroğlu

Paylaş

Bizi Facebookda izləyin
menu
menu