"19 yanvar uğursuzluğunu ört-basdır etmək üçün Şəhidlər Xiyabanında siyasi təxribata əl atdılar"

Hikmət Babaoğlu:"Hesab edirəm ki, 19 yanvar mitinqi və bunun davamı olaraq 20 yanvarda təşkil olunan süni ajiotaj bir daha Milli Şura adlandırılan qurumun özünü ifşası ilə nəticələnmiş oldu"




"Azərbaycan müxalifətinin yanvarın 19-da mitinq keçirməsinin səbəbini son günlər ermənipərəst mərkəzlərin Azərbaycan ətrafında bir siyasi şou kampaniyası başlatması ilə əlaqələndirə bilərik".

Bunu "Sherg.az"a millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Parlamentari qeyd edib ki, Mehman Hüseynov məsələsi ətrafında qurulan siyasi kampaniya eyni mərkəzdən komanda almış kimi bütün "5-ci kalon"un nümayəndələrini hərəkətə gətirdi:

"Lakin qısa müddət ərzində bu kampaniyanın əsassız olduğu isbatlandı. Yəni M.Hüseynovun vəziyyəti məlum oldu ki, burada hüquqa zidd heç bir hadisə baş verməyib. Avropalı diplomatlar təcridxanaya getdilər və bəlli oldu ki, doğrudan da heç bir qanun pozuntusu yoxdur. Buna rəğmən Azərbayana qarşı təşkil olunmuş bu kampaniya səngimir. Çünki anti-azərbaycan mərkəzlər bu tapşırıqlarını davam etdirirlər. Düşünürəm ki, yanvarın 19-da təşkil olnan mitinq də bu kampaniyanın tərkib hissəsidir. Ona görə də, kampaniya çərçivəsində atılan addımlar, 10-a yaxın, siyasi partiyanın birgə təşkil etdiyi bu mitinqlər yenə uğursuz oldu. Yenə də insanları ətraflarında birləşdirə bilmədilər. Süni şəkildə gündəmi dəyişməyə hesablanmış bir addım idi. Əhalinin, Azərbaycan ictimaiyyətinin sosial sifarişi və tələblərindən irəli gələn mitinq deyildi".

H.Babaoğlunun sözlərinə görə, bu uğursuzluğu ört-basdır etmək üçün Milli Şura adlandırılan qurumun üzvləri Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli bir gün olan 20 yanvar şəhidlərinin anım günündə, Azərbaycan xalqının and yeri və müqəddəs şəhidlərimizin uyuduğu məkanda yeni bir siyasi təxribata əl atdılar:

"Bu onu göstərir ki, özünü Milli Şura adlandıran bu qurum ilk növbədə Azərbaycanın dəyərlərinə hörmət etmir. İkincisi, siyasi əxlaq baxımından kasaddırlar. Üçüncüsü, Azərbaycanın ən müqəddəs dəyərlərini də siyasi spekuliyasiya predimetinə çevirməyə hazırdılar. Çünki onlara tapşırıq bu şəkildə gəlib. Azərbaycanda mənəvi deqradasiya aparmağa çalışırlar. Azərbaycanda siyasi şantaj və istismarla məşğul olmaq istəyirlər. 

Bunun müqabilində anti-Azərbaycançı mərkəzlərdən pul almaq niyyəti güdürlər. Milli Şura üzvlərinin fəaliyyəti əslində bundan ibarətdir. Ona görə düşünürəm ki, müasir texniki vasitələrə sosail şəbəkələrdə canlı yayımlar etməklə, bu məsələni sosial mediada şişirtməklə əslində anti-Azərbaycançı mərkəzlərə onların sifarişlərini yerinə yetirilmələri ilə bağlı hesabatlar verirdilər. Azərbaycan ictimaiyyəti isə bu halı çox mənfi qarşıladı. 

Azərbaycan xalqı heç zaman imkan verməyib ki, hansısa məkirli qüvvələr onun ictimai rəyi ilə manipuliyasiya etsin. Hesab edirəm ki, 19 yanvar mitinqi və bunun davamı olaraq 20 yanvarda təşkil olunan süni ajiotaj bir daha Milli Şura adlandırılan qurumun özünü ifşası ilə nəticələnmiş oldu".

Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu