"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır





AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayırlar.

İnstitutdan Trend-ə verilən məlumata görə, atlas "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır.

Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva bildirib ki, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” Azərbaycan, rus və ingilis dillərində çap olunacaq.

Şöbə müdiri vurğulayıb ki, dialektoloji atlas dialekt faktlarını təkcə fonetik baxımdan deyil, leksik və qrammatik baxımdan da əks etdirəcək: "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar, inkişaf etdiriblər".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu