Şagirdlər "sarı jilet"lilər və polislər" adlı oyun oynayıb - Hər yanda "Makron istefa" şüarı eşidilir





Parisdə VIII mikrarayonun dağıdılmış bir küçəsində yerləşən orta məktəbdə tənəffüs zamanı şagirdlər "sarı jilet"lilər oyunu oynayıblar. 

"Sherg.az" "le figaro.fr"ə istinadən xəbər verir ki, oyun zamanı uşaqlar, "sarı jilet"lilər, polis və konvoy və oğrular olaraq 4 qrupa bölünüblər. Oyunda əsasən "sarı jilet"lilərlə polis arasındakı davasından bəhs olunur. Şagirdlər bir-biri ilə savaşaraq polislə "sarı jilet"lilər arasındakı qarşıdurmanı əks etdirirlər.

 6 yaşlı Adam açıqlamasında qeyd edib ki, bu oyunda o "sarı jiletli" olmağa üstünlük verib: " Çünki mən qaçmağı xoşlamıram".


Həmin sinif şagirdlərinin müəllimi Emma isə məktəbin həyətində və küçədə Prezident Emmanüel Makronun istefa verəcəyinə dair iddiaların dolaşdığını söyləyib:

"Hər gün küçədə və məktəbin həyətində "Makron istefa" şüarlarını eşidirəm.

Hətta şagidlərin əskəriyyəti məktəb həyətində Kop Conun ifa etdiyi və Yutubda 17 milyon dəfə izlənilən "Makron istefa" mahnısını oxuyurlar. Əlbəttə, biz məcburuq ki, bu mahnını dinləməyi və oxumağı uşaqlara qadağan edək. Çünki onlar səsvermə yaşına çatmayıblar. Amma uşaqların əksəriyyəti bildirir ki, dərsdə sonra valideynləri onları "sarı hjilet"liləri görüşməyə aparır. Uşaqlar "sarı jiletli"lərlə selfi çəkdirməyə çox meyl edirlər".

Tərcümə etdi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu