Avropadakı bəzi qurumların Azərbaycanla bağlı qərəzli qətnamələrinin SƏBƏBİ...

"Mən bunu Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış nikbin şəraitlə bağlayıram. Fakt budur ki, hazırda dünya dövlətləri daha aydın şəkildə Qarabağ məsələsində Ermənistanı sıxışdırmağa başlayıblar"



"Avropa Parlamentinin qəbul etdiyi qətnamə siyasi xarakterlidir”.

Bunu "Sherg.az”a açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Avropa Parlamentinin qərarı ilk deyil: 

"Azərbaycanla bağlı belə yanaşmanın və hansısa sənəd qəbulunun dəfələrlə şahidi olmuşuq. Ölkəmizlə bağlı əlverişli şərait yarananda bu cür münasibət dərhal meydana çıxır. Avropa Parlamentinin sonuncu qətnaməsi də məhz bu çərçivədə gündəmə gəlib. Qəbul olunmuş sənədin əsas motivi heç də Mehman Hüseynovla, insan haqqları və demokratiya ilə bağlı deyil.

Motivlər tamamilə başqadır. Mən bunu Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış nikbin şəraitlə bağlayıram. Fakt budur ki, hazırda dünya dövlətləri daha aydın şəkildə Qarabağ məsələsində Ermənistanı sıxışdırmağa başlayıblar. 

Çünki onlar işğalçı Ermənistanın birbaşa dəstəklənməsinin mümkün olmadığını görürlər. Ona görə də daha çox beynəlxalq hüquq-normalarına və Azərbaycanın mövqeyinə uyğun yanaşma sərgiləyirlər.

Belə şəraitdə Avropadakı bəzi qurumlar Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul edirlər. Avropadakı ermənipərəst qüvvələr Azərbaycandan getmiş bəzi radikal dairələrin iştirakı ilə Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına nail olurlar. Lakin vurğulamaq lazımdır ki, AP daxilində Azərbaycanı dəstəkləyən xeyli deputat var. Ancaq bir sıra məqamlarda həmin deputatlar azlıqda qalırlar”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu