"Bu cür bəyanatların arxasında ermənilərə sevgisini gizlətməyən Lavrov dayanır"





"Azərbaycan-Rusiya yaxınlığının qarşısını almaq, Rusiya-Türkiyə əlaqələrinə mane olmaq birbaşa ermənilərin məkirli siyasətinin nəticəsidir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Parlament üzvü bildirib ki, 150 il bundan qabaq ruslar imperiyaya daxil olan digər xalqlardan 4 dəfə artıq idilər. Ancaq indi bu say nisbəti dəyişib, ruslar azalıb, hətta digər xalqlarla bərabər olublar: 

"Respublikalar suverenlik əldə ediblər və müstəqil siyasət yeritməyə başlayıblar. Vəziyyət dəyişib, ruslar indiki məqamda əvvəlki kimi hökmranlıq edə bilmirlər, ona görə də əvvəllər rədd etdikləri məsələni indi özləri tələb edirlər. 

Moskva slavyan-türk xalqlarının birliyini təsis etmək və Avrasiya modeli formasında əlaqələri genişləndirmək niyyətindədir. Məhz bu baxımdan Rusiya həm Türkiyə, həm də Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verməyə başlayıb. Münasibətlərin irəliyə getməsindən ciddi şəkildə narahatlıq duyan ermənilər isə müxtəlif vasitələrlə buna qarşı çıxırlar. Ermənilər Kremlə üsyan edirlər və qışqırırlar ki, "biz sədaqətlə sizə qulluq etmişik, Türkiyə və Azərbaycan arasında "dövlət” quraraq iki ölkəni ayrı salmışıq, daim Moskvanın mənafeyini gözləmişik, ancaq indi bizi nəzərə almırsınız”.

Deputat bəyan edib ki, Mariya Zaxarova müstəqil şəxs deyil, XİN-in sözçüsüdür: 

"Nazirliyin rəhbəri Sergey Lavrovdur. XİN rəhbəri ölkə prezidenti Vladimir Putindən çəkindiyi üçün özü deyə bilmədiyi bəzi sözləri sözçüsünün dili ilə ifadə edir. Açıq deyirəm, bu cür bəyanatların arxasında ermənilərə sevgisini gizlətməyən Lavrov dayanır. Çoxlar bunu dilə gətirmir. Erməni lobbisi XİN başda olmaqla Rusiyanın hər yerində dövlət strukturlarına təsir edirlər. Zaxarovanın nə dediyinin isə heç bir əhəmiyyəti yoxdur, hamısı absurd fikirlərdir. Məqsəd Azərbaycanı beynəlxalq aləmin gözündən salmaq, ölkəmizə təzyiq göstərməkdir”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu