Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil




Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.

Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir:

"Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik".

M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu