"Prezident humanizm prinsipinə söykənərək Mehman Hüseynov məsələsinə öz münasibətini göstərdi"





"Cənab Prezident İlham Əliyev növbəti dəfə humanizm prinsipinə söykənərək Mehman Hüseynov məsələsinə öz münasibətini nümayiş etdirdi”.

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, Prezidentin bu addımı birmənalı şəkildə cəmiyyətdə müsbət qarşılandı: 

"Nəzərə alaq ki, Mehman Hüseynovun müraciət etməsi birbaşa ölkə başçısına olan inam və etimadın nümunəsidir. Mehman Prezident İlham Əliyevə güvənərək bu cür müraciət edib. Buna qədər məqsədli şəkildə anti-Azərbaycan qüvvələri bütün imkanları ilə dövlət üzərinə hücuma keçmişdilər. 

Bununla bağlı daxilimizdə olan və xarici qüvvələrlə əməkdaşlıq edən bir sıra şəxslərdən də istifadə olunurdu. Konkret olaraq Mehmanın qardaşı Emin Hüseynov bütün imkanları ilə çalışırdı ki, Mehman ikinci dəfə cəza alsın.

 Onun çıxışları buna yönəlmişdi. Məqsədli şəkildə siyasi rəhbərliyə qarşı təhqir yolunu seçmişdi. Qəsdən edirdi ki, qardaşı həbs olunsun və bundan öz maddi maraqlarını təmin etməklə yanaşı radikal müxalifət düşərgəsini çanlandırsın”.

N.Orduxanlının sözlərinə görə, radikal müxalifət bundan öz məqsədləri üçün yararlanmağa cəhd edirdi:

 "Hər kəs öz maddi və siyasi məqsədləri üçün Mehmandan yararlanmaq istəyirdi. Bu adamların arzularını prezident İlham Əliyev gözündə qoydu”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu