Akademik: “İnstitutda Nəsimi ilə bağlı tədqiqat mərkəzi yaradacağıq”






"Nəsiminin anadilli əsərlərinin lüğətini hazırlamaq istəyirik. Daha doğrusu o işə artıq başlamışıq”.


Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.


Qeyd edək ki, ölkə başçısının bu ili "Nəsimi ili” elan etməsi böyük mütəfəkkirin yaradıcılığı istiqamətində bir çox tədqiqatlara start verib.


Nəsiminin adını daşıyan institutun direktoru isə bu ildə görüləcək işlərin bir qismini sadalayıb:


"Planlarımız və görəcəyimiz işlər çoxdur. Birinci növbədə Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə beynəlxalq konfrans keçirəcəyik. Daha sonra isə respublika konfransı təşkil olunacaq. Nəsiminin anadilli əsərlərinin lüğətini hazırlamaq istəyirik. Daha doğrusu o işə artıq başlamışıq. Nəsimi haqqında monoqrafiya üzərində də iş gedir. Düşünürük ki, institutumuzun özündə "Nəsimi dil araşdırmaları” ya qrupu, ya da mərkəzi hazırlayaq. Gələcəkdə digər dilçi alimlər, ədəbiyyatşünas alimlərlə birlikdə Nəsiminin əsərlərinin akademik nəşrini və elmi tənqidi mətnini hazırlayaq. Planlaşdırırıq ki, məktəblərdə, universitetlərdə Nəsimi haqqında mühazirələr oxumaq, onu geniş təbliğ etmək fikrindəyik”.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu