" “Freedom House”ın bu cür hesabatları siyasi sifariş əsasında hazırlanır"





"Freedom House” və onun kimi bir çox təşkilatlar çoxdan Azərbaycan və digər ölkələrə qarşı qərəzli mövqe nümayiş etdirirlər”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, qərəzli mövqe və hesabatları ilə "Freedom House” bir çox ölkəni şantaj edir: 

"Bu cür hesabatlar adətən siyasi sifariş əsasında hazırlanır. Məqsəd pul və təzyiqdir. Bunların hamısı anti-Azərbaycan qüvvələrin qarayaxma kampaniyasının tərkib hissəsidir. Amma bu siyasi sifarişlərin havadarları özlərini çox gülünc vəziyyətə qoyurlar. 

Təsəvvür edin ki, Ermənistanda jurnalist və siyasi məhbus bir aydan çoxdur aclıq edir, buna görə ölür, amma bu hadisənin baş verdiyi ölkə nədənsə birdən-birə "demokratik” olur. Ermənistanda parlamentdə deputatlar, aksiyalarda sadə insanlar güllələnir. Amma Avropa Parlamenti, AŞ PA və özlərini "demokratiya carçıları” kimi sırımağa çalışan "Human Right Watch”, "Amnesty International”, "Freedom House” və başqa təşkilatlar özlərini kor pişik kimi aparırlar, həqiqətləri görmürlər, ört-basdır edirlər”.

A.İmanovun sözlərinə görə, ölkədə jurnalist aclıq aksiyası nəticəsində ölürsə, bu dövlətdə demokratiyanı tapmaq üçün ya oliqofren ya da şizofren olmalıdır:

"Azərbaycan əleyhinə təcili toplantı keçirənlər Ermənistanda məlum hadisə baş verəndən sonra nədənsə işğalçını daha da çox tərifləyirlər, yüksək yerlərə qoyurlar. O qüvvələr Azərbaycanın müstəqil daxili və xarici siyasəti həyata keçirdiyini həzm edə bilmirlər. Onlar mütləq bizlərə nəsə öyrətmək, diktə etmək istəyirlər. Bunun adı ikili standartlardır və bunu artıq hər kəs anlayır...”

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu