Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək





Azərbaycanda istehsal edilən "Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.

"Sherg.az"ın məlumatına görə, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

E.Axundov deyib ki, avtomobillərin ilk ixracı bu ilin ortalarında başlayacaq: "İlkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur. Ötən il ərzində istehsal olunan "Khazar” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb".

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu