Çökən binada ölən eyni ailənin 9 üzvü son mənzilə yola salınıb - Ərdoğan da orda



 
İstnabulda binanın çökməsi nəticəsində həyatını itirən Ələmdar ailəsinin 9 üzvü üçün Pendik sahilindəki "15 İyul Şəhidlər Məscidi"ndə cənazə mərasimi təşkil olunub.



Sherg. az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan da xəstəxana ziyarətindən sonra  "15 İyul Şəhidlər Məscidi"nə gəlib.


Ərdoğan, cənazə mərasiminin əvvəlində həyatlarını itirən Gökay Ələmdar (22), Mustafa Ələmdar (48), Saime Ələmdar (89), Əcrin Naz Ələmdar (11), Ərdoğan Ələmdar (52), Eslem Ələmdar (19), Safıya Ələmdar (70), Safıya Ələmdar (45), Aişə Ələmdarın (46) yaxınlarına başsağlığı verib.

Qısa nitqindən sonra dövlət başçısı bir tabuta çiyin verib. Ələmdar ailəsinin cənazələri, dəfn edilmək üçün Pendik Yeni Şeyxli Qəbiristanlığına aparılıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu