Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi




"Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş
BAKI, 10 fevral - Sputnik. Beyləqanda ağır qəza baş verib. 

Hadisə gecə saatlarında baş verib. Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu