İtaliyada 200 min nəfər etiraz aksiyasına çıxdı




İtaliyanın böyük həmkarlar ittfaqları şənbə günü, fevralın 9-da Romada çoxminlik nümayiş təşkil ediblər.

"La Repubblica" nəşri yazır ki, aksiyada təqribən 200 min nəfər iştirak edib.

Bildirilir ki, həmkarlar ittifaqları hökuməti hazırkı iqtisadi kursu dəyişməyə çağırıblar.

Məlumata görə, tənqidə yeni təqaüd islahatları məruz qalıb. Etiraz təşkilatlarının fikrincə, bu islahatlar uzunmüddətli xarakterə malik deyil. Nümayişçilər həmçinin yoxsul və işsizlər üçün mülki gəlirlərin tətbiqindən narazıdırlar. Çünki o, yoxsulluq və işsizliklə mübarizəyə məne olur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu