İranda 5,2 bal gücündə zəlzələ olub





İranın cənubundakı Hürmüzgan vilayətində 5,2 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, İRNA informasiya agentliyinin xilasetmə xidməti idarəsinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, zəlzələ nəticəsində biri 17 yaşında qız olmaqla, üç nəfər yaralanıb, 15 yaşayış binası zədələnib. Zərər çəkənlərin hamısı təxliyə olunaraq xəstəxanalara yerləşdirilib.

Yeraltı təkanlar bazar günü yerli vaxtla saat 14:24-də (Bakı vaxtı ilə 14:54) qeydə alınıb. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu