Tarix təkrarlanır




"Son günlərdə hamımızın bildiyi kimi Venezuela dövlətində Şərq və Qərb blokunun mübarizəsi gedir.Ölkə demək olar ki vətəndaş müharibəsinin astanasındadır.Venezuela dövləti,ərazisində təbii neft ehtiyatları çox olan zəngin bir dövlətdir.Bu da nəhəng dövlətlərin Venezuelada baş verən siyasi proseslərə maraqlarını artırır.İlk növbədə isə Venezuelada baş verən siyasi proseslər ən çox ABŞ-ı narahat edir.Çünki nə də olsa Cənubi Amerika qitəsində olan Venezuela coğrafi cəhətdən ABŞ-a yaxındır.Bu da o deməkdir ki, burada Şərq blokunun möhkəmlənməsi ABŞ-a həm böyük təhlükə yarada bilər, həmdə ABŞ-ın siyasi arenadakı nüfuzunun azalmasına gətirib çıxarda bilər".

"Sherg.az" xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı Yusif Aslanlı bildirib. Onun qənaətincə, neft ehtiyatının dolların əlinə keçməsi faktorunuda nəzərdən qaçırmaq olmaz:

"Elə ABŞ-ın son zamanlar dünya ölkələrinə Xuan Quadradonu prezident kimi tanımaq üçün göstərdiyi təzyiq də bunun ən açıq təzahürüdür.Həm də Nikolas Metronun verdiyi son açıqlamada qeyd edilirdi ki, Qərb ölkələrinin Venezuelaya göstərdiyi humanitar yardımlar yalnız Venezuelanın neftini ələ keçirmək üçündür deməsi açıq aydın ABŞ-ın buradakı neftə göz dikdiyini göstərir. Fikrimcə, Liviyada baş verən hadisələr elə Venezuelada da təkrarlana bilər. 

Oranın da nefti bir zamanlar ABŞ tərəfindən mənimsənilmişdi. Burada nəinki Liviyada baş verən hadisələr hətda Suriya və İraqdakı səhnələr də təkrarlana bilər.Suriyada yaranan İŞİD treror qruplaşması kimi, Venezueladada terror qruplaşmaları yaradıla bilər.Bu, ABŞ-ın klassik siyasi strategiyasıdır.Bir sözlə tarix təkrarlanır.Bunun qarşısını yalnız Venezuela xalqı ala bilər. Xuan Quadrado seçilsə, yuxarıda sadaladığım səhnələr təkrarlanmaya bilər, hətda Venezuelanın əvvəlkindən daha yaxşı inkişaf etməsi mümkündür".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu