Ölümü ilə dünyanı ŞOKA SALAN bu balacanın adı bir gəmiyə verildi - Ürəkdağlayan fotolar





Bu humanitar gəmi kiçik Aylanın adını daşıyacaq.

"Sherg.az" Fransanın "lexpress.fr" saytına istinadən xatırladır ki, kiçik Aylanın cəsədi, 2 Sentyabr 2015 tarixində Bodrum çimərliyində Türk polisi tərəfindən tapılıb.

Avropaya qaçmağa səy göstərən bu kiçik suriyalı qaçqının fotoşəkili 2015-ci ildə bütün dünya ictimaiyyəti şoka saldı. Aylan adı ilə tanınan Alan Kürdi 2015-ci ildə Avropanın qapısını döyən miqrasiya böhranının ən faciəvi simvolu oldu.

Ötən bazar Aralıq dənizində fəaliyyət göstərən bir Alman himanitar gəmiyə Aylanın adı verildi. Aylanın atası Abdullah Kürdi və bacısı Tima Kürdi də İspaniyada Almanının "Sea-Eye" QHT- si tərəfindən təşkil olunan gəminin yola salınma mərasiminə qatılıblar.

Aylanın atası A. Kürdi qeyd edib ki, oğlunun adının bu hunanitar gəmiyə verilməsi onları çox məmnun edib:

"Biz bu xəbəri eşidəndə çox sevindik, çox xoşbəxtik. Demək, dünya balaca oğlumu heç unutmayıb, bundan sonra da unutmayacaq".

Tərcümə etdi: Ayyət Əhməd












Paylaş

Bizi Facebookda izləyin
menu
menu