Rusiya bulanıq "suyu daha da bulandırır"

“Nikol Paşinyanın birdən-birə mövqe dəyişdirməsi əsasən Kremldən qaynaqlanır. Bundan sonra Qarabağ danışıqları Rusiyanın moderatorluğu ilə aparılacaq"




"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın səyləri nəticəsində müəyyən qədər irəliləyiş əldə edilib”.

Bunu "Sherg.az”a açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, Vaşinqton prosesdə əsas vasitəçi missiyasını həyata keçirməyə başlayıb: 

"Məsələ ondadır ki, Qarabağ münaqişəsinin ədalətli və beynəlxaq hüquq normaları çərçivəsində həlli Moskvanın qırmızı çizgisidir. Rusiya isə yalnız öz maraqları rakursundan konfliktin həllini irəli sürür. Azərbaycan tərəfi Davos görüşündən razı idi, hətta Paşinyan da bir sıra məsələlərdə razılaşmışdı. Lakin sonradan prosesin mənfiyə doğru istiqamətlənməsi əsasən Paşinyanın Davosdan Moskvaya səfərə getməsi və ardınca Rusiya XİN rəhbərinin muavini Karasinin İrəvana səfəri ilə əlaqəlidir. Görünür, görüş zamanı həm daxili təzyiqlər, həm də Moskvanın yanaşması aydın şəkildə Paşinyanın diqqətinə çatdırılıb”.

Analitikin sözlərinə görə, ABŞ-ın prosesdən tədricən geri durması Venesuelada siyasi prseslərin qarışması ilə bağlıdır: 

"Nikol Paşinyanın birdən-birə mövqe dəyişdirməsi əsasən Kremldən qaynaqlanır. Bundan sonra Qarabağ danışıqları Rusiyanın moderatorluğu ilə aparılacaq. Danışıqlarda Rusiya öz şərtlərini diqtə edəcək. Bu şərtlər əsasən "sülhməramlı” qüvvələrin yerləşdirilməsi, KTMT-ya üzv olmaqla 3 rayonun qaytarılmasıdan ibarətdir. 

Ötən ilin payızından Ermənistanla başlayan ümidverici danışıqlar Kremlin müdaxiləsi ilə sona çatdı. Danışıqlar yenə də əvvəlki məcrasına, yəni çıxılmaz yola qədəm qoydu. Azərbaycan qəti şəkildə bu danışıqlara etimad etməməli, ABŞ-la təmasları artırıb, hərbi təzyiqlərə başlamalıdır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu