Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - FOTO





Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq "Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu