Gürcüstan parlamentinin sədri Türkiyəyə səfərə yola düşüb





Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze fevralın 12-də Türkiyəyə işgüzar səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, İ.Kobaxidze bu barədə özünün "Facebook” səhifəsində yazıb.

Parlamentin sədri bildirib ki, iki gün davam edəcək səfər çərçivəsində Türkiyə Respublikası parlamentinin sədri və digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə qanunverici orqanlar arasında əlaqələrin inkişafı, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə regionda həyata keçirilən layihələr və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu