Deputat: “Bunu Azərbaycan və çeçen xalqları arasındakı insident kimi qələmə vermək yanlışdır”






Belə bir halın baş verməsi, çox xoşagəlməz hadisədir. Ümumiyyətlə, insnalar arasında hər zaman xırda da olsa insidentlər yaşanır, ancaq bu vəziyyəti böyüdüb, iki xalq, iki millət arasında baş verən insident kimi qələmə vermək doğru deyil”.

Bunu "Sherg.az”a millət vəkili Adil Əliyev fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı danışarkən deyib. 

Parlament üzvünün sözlərinə görə, belə məsələləri böyüdüb iki xalqı arasında düşmənçilik səviyyəsinə qaldırmaq istəyən qüvvələr hər zaman peyda olur:

"Bilirsiniz ki, Ermənistanın təxribatçı qüvələri hər zaman dünyanın hər bir istiqamətində Azərbaycan və Türkiyə ilə bağlı müəyyən bir problemin yaşanması üçün təbliğatlar aparırlar, bəzən təxribatlar törədirlər. İstənilən bu hadisəni iki millət arasında baş verən insident kimi səciyyələndirmək yanlışdır. Ona görə də Azərbaycanvə çeçenlər xalqlarının liderləri arasında da çox böyük dostluq münasibətləri mövcuddur. Bu iki xalqın nümayəndələri hər zaman bir- birinin yanında olublar. 

Əvvəlki illərdə hər hansı hadisə zamanı yaralanan çeçenlərə Azərbaycan ərazisində göstərdiyimiz yardımlar təkzibolunmazdır. Onları öz qardaş - bacılarımız kimi qəbul edib yardım əli uzatmağımız hec kimin yadından çıxmayıb. Başqa məsələlərdə də Azərbaycan hər zaman qardaş çeçen xalqının yanında olub. Bunu heç kim gizlədə bilməz. Doslarımızı, həmyerlilərimizi səbirli olmağa çağırıram. Bu kimi məsələlərdə ayıq-sayıq olmalıyq”.

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu