Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib





 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 17-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s təşkil edəcək, arabir 23- 25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq. Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s- dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu