Mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb





Bakıda oğurluq edən 4 yeniyetmə saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu