Latviyanı “Eurovision” yarışmasında “Carousel” qrupu təmsil edəcək






Latviyanın "Eurovision” yarışmasındakı təmsilçisi məlum olub. May ayında İsraildə keçiriləcək müsabiqədə ölkəni "Carousel” qrupu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Riqa kinostudiyasında keçirilən seçmələrdə 8 namizəd yarışıb. Tamaşaçıların səsverməsi ilə seçilən "Carousel” qrupu "That Night” mahnısını ifa edəcək.

Estoniyanın da təmsilçisi bəllidir. Bu, "Storm” mahnısını ifa edəcək isveç müğənnisi Viktor Krondur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu