"Azərbaycanlılar çeçenlərlə yaxın olublar, bugün də yaxındırlar" - Millət vəkili





"Çeçenlər kifayət qədər emosional xalqdır. Lakin Azərbaycanlılarla çeçenlər arasında ortaq məqamlar çoxdur. Hər iki xalq müsəlmandır, qiblələri eynidir. İki millətin də əxlaqı islam üzərinədir. Ona görə də bu xalqların bir-birinə düşmən olması mümkün deyil”.

Bunu "Sherg.az"a millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib.

Deputatın sözlərinə görə, erməni kimi düşmənimiz varsa, hər an ayıq-sayıq olmalıyıq, çünki düşmən fürsət gözləyir:

"Bəzi hərəkətlərdən sui-istifadə edilməsinə rəvac verməməliyik. Kafedə iki nadanın, özündə olmayan kefli şəxslərin məişət zəminində yaratdığı münaqişəni geniş müstəviyə çəkməyə çalışırlar. Üç-beş şəxsin arasında baş verən dava iki millətin qarşıdurmasına çevrilə bilməz. 

Erməni ilə Azərbaycanlının bir kafedə mübahisəsi düşmənçilik əlamətlərinin müəyyən məqamda icrası kimi dəyərləndirilə bilər. Çünki işğal faktına görə, ermənilərlə düşmən münasibətlər formalaşıb. Ancaq çeçenlərlə milli zəmində qarşıdurma mümkün deyil. Azərbaycanlılar çeçenlərlə yaxın olublar, bugün də yaxındırlar. Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistanın milli qəhrəmanıdır”.

F.İbrahimlinin sözlərinə görə, Moskvada baş verənlər epizodik hadisə idi: 

"Hər iki xalqın təmsilçilər, ağsaqqalları bir araya gələrək anlaşılmazlığı aradan qaldırdılar. Nə yaxşı ki, bu atəş tutuşmadan söndü. Erməni kimi düşmənimiz varsa, heç bir təxribata getməməliyik. Bu reallığı bilə-bilə qarşıdurmaya getməyimiz qətiyyən doğru deyil”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu